Elm Tarixi İnstitutunun direktoru Rusiyanın elmi dairələrində dəyərli materiallar toplayıb

31.10.2017 06:53
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olub.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsi çərçivəsində reallaşdırılıb.

Səfər zamanı M.Seyidbəyli Rusiya Milli Kitabxanasında, Rusiya Elmlər Akademiyası S.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının elmi kitabxanasında və arxivində mövzu ilə bağlı tədqiqatlar aparıb, dəyərli materiallar toplayıb.

Səfər çərçivəsində Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında M.Seyidbəylinin “Azərbaycan elitası: tarix, real vəziyyət, perspektivlər” kitabının təqdimatı keçirilib.

Azərbaycan ziyalıları və azərbaycançılıq məfkurəsindən bəhs edən kitab Sankt-Peterburqun kitabxanalarına hədiyyə olunub.