ƏLİYEV Zaur BİLAL oğlu

Anadan olduğu yer: Ağdam, Azərbaycan

Təvəllüdü: 19.09.1976

Bitirdiyi ali təhsil müəssisəsi: Bakı Dövlət Universiteti

Elmi dərəcəsi: Siyasi elmlər üzrə fəlsəfə doktoru

Elmi rütbəsi: Dosent

İctimai fəaliyyəti

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində ictimai-humanitar bölmə üzrə əlaqələndirici vəzifəsini icra edir.
Prezident, Milli Məclis, Bələdiyyə seçkilərində müşahidəçi, ictimai vəkil, PR menecer, demokratiya, insan hüquqları, seçkilər, ictimai nəzarət və s. məsələlər üzrə təlimçi, xaricdə yaşayan azərbaycanlıların milli ideologiyalarının inkişaf etməsi, Azərbaycan gəncliyinin elmə marağının artması, QHT-lərin yaranması və qrant alınması istiqamətində proqramlar və strategiya hazırlanmasında iştirak etmişdir.
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının strukturunu qurmaq, Nizamnaməsini yazmaq və qeydiyyatdan keçərək bütün hüquqi proseduranı aparılmasına iştirak etmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının Qanuna təklif və tövsiyələr etmişdir.
Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqına Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı monitorinq qrupunun üzvü olmuşdur.
Milli Azlıqlarla bağlı bir sıra hesabat və layihələrin müəllifidir.
Füzuli, Ağdam, Bakı, Sumqayıt, Gəncə, Gornaboy, Ucar, Əli-Bayramlı, Mingəçevir və digər rayonlarda müxtəlif mövzular üzrə təlimləri həyata keçirmişdir.
İnsan alveri ilə bağlı tədqiqatların aparıb.
BTC ƏİBK-in Azərbaycanda sosial-iqtisadi təsirləri ilə bağlı keçirilən monitorinq layihəsində ekspert kimi iştirak edib.
Məcburi köçkünlərin pulsuz olaraq Məlumat, Məsləhət və Hüquqi Yardım layihəsində müvvəkilik işinin qurulmasında iştirakçı olub.
“Təfəkkür”, “Azərbaycan Beynəlxalq Universiteti”, “Bakı Dövlət Universiteti”, “Qərb Universiteti” və “Azərbaycan Dillər Universitetində” müəllim kimi fəaliyyət göstəriib.
Amerika Birləşmiş Ştatları, Kanada, Türkiyə, Orta Asiya Respublikaları, Avropa ölkələrində nümayəndəlikləri olan beynəlxalq statuslu “TürkBirDev” (Türk Birleşik Devletleri )adlı təşkilatın Azərbaycan təmsilçisi olub.
İFES, Norveç Qaçqınlar Şurası, ATƏT, NOVİB, OXFAM, DAƏŞ, DAK təşkilatlarında əməkdaş kimi fəaliyyət göstərib.
“Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin dörd il idarə heyyətinin üzvü olub



Elmi əsərlərinin adları

1. “Beynəlxalq münasibətlərdə diasporların rolu” - Bakı: Nurlan, 2001, 150c.- Elmi redaktoru: Mirzə Ənsərli “Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin Prezidenti”
2. “Dünya diasporları” - Bakı: Qismət, 2005,349 c-Məsləhətçilər: Akademik Mahmud Kərimov, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, AMEA-nın Prezidenti, və professor Qulamrza Səbri Təbrizi Böyük Britaniyanın Edinburq Universiteti
3. “Diaspor: İzahlı Sözlük və Məlumat Kitabı” Bakı: Yazıçı, 2007, 308 s. Məsləhətçilər: Akademik Mahmud Kərimov, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, AMEA-nın Prezidenti, və Nazim İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
4. “Türkdilli Xalqların Diasporları” Bakı, “Adiloğlu” 2009, 296 s. Məsləhətçilər: Akademik Mahmud Kərimov, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, AMEA-nın Prezidenti, və Nazim İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
5. “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Counterpart Beynəlxalq humanitar təşkilatı. “Bələdiyyələr üçün təlim modulu” . Tərtibçi. 38 səh. Bakı-2007
6. “Azərbaycan diasporu-ensklopedik məlumatlar toplusu” Bakı, “Səs-2012 MMC” 2012, 654s.-Həmmüəllif , Məsləhətçi: akademik Ramiz Mehdiyev
7. “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım”, Bakı, “Avropa” nəşriyyatı, 2014, 156s. məsləhətçi, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə
8. "Qarabağ-Diaspor, Soyqrım və Terror", Bakı, Avropa nəşriyyatı, 2015, 450 səhifə.
9. “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” BakıAvropa nəşriyyatı, 2015, 150s.
10. “Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil
“Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil. Bakı, “Elm və təhsil”, 2016, 112 s.Təqdim edilən kitabda miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan “beyin axını” tədqiq edilib. Qədim dövrdən bu günə qədər Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri və dünya təcrübəsinə geniş yer verilən kitab nəzəri və praktik məsələləri özündə əks etdirib. İlk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı sorğu keçirilib və sosioloji təhlil aparılıb.
11. “31 mart, март, march”
“31 mart, март, march” , (Bakı, Avropa nəşriyyatı, 2017, 116 s.) Kitabda tarixi faktlar, sənədlər və rəsmlər yer toplanıb, 31 mart 1918-ci ildə Bakıda və digər ərazilərdə azərbaycanlılara qarşı törədilən erməni vəhşilikləri, o dövrdə baş verən siyasi proseslər, hadisələrin şahidi olan əcnəbilərin fikirləri və törədilən cinayətlərə verilən hüquqi qiymət öz əksini tapıb. Kitabda həmçinin soyqırım zamanı Gəncə quberniyasının Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının müsəlman kəndlərindəki sakinlərin vəziyyətinin araşdırılması ilə bağlı məruzə də yer alıb.
12. “Şuşa, Schuscha, Шуша, Shusha, Choucha”
“Şuşa, Schuscha, Шуша, Shusha,Choucha” Bakı 2017. 94 s.“Azərbaycan, Rus, İngilis, Alman və Fransız dillərində dərc edilən kitabda Şuşanın tarixi geniş şəkildə arxiv sənədləri və alimlərin əsərlərinə istinadən tədqiq edilib. Şuşa adının mənası, ərazidə yaşayan qədim xalqlar, Şuşa şəhəri qədim dövrdə, İslam dinin yayılandan sonra, Atəbəylər, Səfəvilər, Əfşarlar, Cümhuriyyət, Sovet tərkibində və müasir respublika illərində inkişaf tarixi kitabda qeyd edilib”. Şuşa şəhərinin salınması, o dövrdə baş verən proseslər, Şuşa məhəllələri, Qarabağ müharibəsi zamanı dəyən zərər, itkilər də kitabda öz əksin tapıb. Kitabın sonunda dağıdılan Şuşa şəhərinin abidələrinin siyahısı verilib.



Təltif və mükafatları

Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Abel Məhərrəmovun “Dünya diasporları” adlı kitabla bağlı olaraq təşəkkürü
AMEA-nın həqiqi üzvü, Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqovun elmi fəaliyyətimlə bağlı olaraq xüsusi təşəkkürü
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda iyun 10-iyul 1, 2009-cu il tarixində “Nəqliyyat Təhlükəsizliyi” mövzusunda mübadilə proqramının sertifikatı
“Gənc siyasətçilər türkdilli dövlətlərin siyasi əlaqələrinin perspektivləri haqqında” məqaləm Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirdiyi “Azərbaycanımla fəxr edirəm” adlı yazı müsabiqəsinin qaliblərindən biri olub.



Əsas iş yeri və ünvanı: AMEA Elm Tarixi İnstitutu, AZ1143, H.Cavid pr.,115, 2-ci mərtəbə
Vəzifəsi: Elmi katib
Xidməti tel.: (+994 12) 5392873
Mobil tel.: (+994 50) 2682244
Elektron poçtu: zaur.aliyev@gmail.com

img