ETİ-nin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski elmi seminarda iştirak edib

13.05.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 13 may 2021-ci il tarixində “İslamın təhsil, elm və mənəviyyat çağırışları” mövzusunda keçirilmiş elmi seminarda” iştirak edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix, tarixin tədqiqi və tədrisi kafedrası və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkil etdiyi tədbir onlayn şəraitdə baş tutub.
Gənc alim
seminar iştirakçılarının mühakiməsinə “İslamda elm və mənəviyyatın vəhdəti” adlı məruzəsini təqdim edib. E.Talışınski çıxışında elm anlayışı, elmin mahiyyəti, insanın şəxsiyyət kimi formalaşmasında elmin rolu, İslam dininin elmə göstədiyi diqqət, Şərq dünyasının mütəfəkkir alimlərinin dünya elminə verdiyi töhfələr barədə danışıb.
Seminarda AMEA Milli Azərbaycan Tarixi Muzeyini, A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutlarını, ADPU-nu və Türkiyənin “Van Yüzüncü Yıl” Universitetini təmsil edən alimlər fərqli mövzularda məruzələr təqdim ediblər.
Gənc tədqiqatçı və tələbələrin məruzəçilərə ünvanladığı suallar əsasında davam edən tədbir maraqlı müzakirələrlə yadda qalıb.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35