ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev türkologiyaya həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edib

17.09.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 13-17 sentyabr 2021-ci il tarixində Türkiyənin İstanbul Universiteti və Türkiyyat Araşdırmaları İnstitutunun birgə  təşkilatçılığı ilə keçirilən IX Beynəlxalq Türkologiya Konfransında iştirak edib.
Tarixçi müzakirəyə  "Kitabi Dədəm Qorquda görə Oğuzların qonşuları" mövzusunda məruzəsini təqdim edib. İştirakçlar tərəfindən maraqla qarşılanmış məruzədə Türk dünyasının unikal abidəsi olan “Kitabi Dədəm Qorqud”un verdiyi bilgilər əsasında Oğuzların yaşadığı  ərazilərdəki qonşuları ilə münasibətlərindən bəhs olunub. 
Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.researchgate.net/publication/354582175_Kitabi_Dedem_KorkutA_Gore_Oguzlarin_Komsulari 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35