Elm Tarixi İnstitutu "Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda II beynəlxalq elmi konfransını keçirib

15.10.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 15 oktyabr 2021-ci il tarixində "Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda II beynəlxalq elmi konfransını keçirib.

Onlayn şəraitdə baş tutan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları salamlayaraq belə konfransların elmi əməkdaşlığın güclənməsinə xidmət etdiyini söyləyib. Elmşünaşlıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, artıq bu istiqamətdə nailiyyətlərin əldə olunduğunu qeyd edən akademik AMEA-da bu məsələlərlə Elm Tarixi İnstitutunun məşğul olduğunu bildirib. İnstitutun dünyanın bir sıra elmi mərkəzləri ilə uğurlu əlaqələr qurduğunu, məhsuldar fəaliyyəti sayəsində ölkədə və beynəlxalq miqyasda tanındığını vurğulayan İ.Həbibbəyli bildirib ki, ETİ təşkil etdiyi beynəlxalq tədbirlərlə yanaşı, xarici ölkə alimləri, elmi qurumları ilə beynəlxalq əməkdaşlığını daha da gücləndirib.
Alim bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb, İnstitut bu istiqamətdə fərqli nəşr layihələri və tədbirlər həyata keçirib. Azərbaycanda dəqiq və təbiət elmlərinin tarixinin araşdırıldığı təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr layihələri İnstitutun real göstəriciləri olmaqla yanaşı, eyni zamanda akademiyanın tarixində də bir yenilikdir. Kiçik heyətlə İnstitutun qısa vaxtda böyük məsafə qət etdiyini deyən akademik sonda ETİ kollektivinə, eləcə də konfrans iştirakçılarına uğurlar diləyib.

Sonra Elm Tarixi İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli çıxış edərək Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan ETİ-nin fəaliyyətini əks etdirən təqdimat edib.
2016-2021-ci illərdə İnstitutun fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan təqdimatda Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, elmi müəssisənin yaranma zərurəti, profili, fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib. Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən İnstitutlarla fəal əlaqələr qurmuş, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə etmiş, müqavilələr imzalamışdır. M.Seyidbəyli bildirib ki, bu illər ərzində İnstitutun təşkilatçılığı ilə beynəlxalq və respublika səviyyəli elmi konfrans və seminarlar, ümumilikdə müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib.

Konfransın M.Seyidbəyli tərəfindən idarə edilən plenar iclasında
REA-nın müxbir üzvü, professor, hüquq elmləri doktoru Yuri Baturin “Становление  информационной  парадигмы    столетию введения понятия "информация" в математику)”, REA  S.İ.Vavilov  adına  Təbiətşünaslıq  və Texnika Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Roman Fando “Анализ  изобразительных  источников  по  истории  науки  как источниковедческая проблема”, həmin İnstitutun Sankt-Peterburq filialının direktoru,  sosiologiya  üzrə fəlsəfə doktoru Nadejda Aşeulova  “Российско-азербайджанское  сотрудничество  в  истории науки  и  техники  через  призму  деятельности  советского национального  объединения  истории  и  философии естествознания и техники”, AMEA-nın  akademik  Abdulla  Qarayev  adına  Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Физиологическая  наука  в  Азербайджане:  история сотрудничества с Российской наукой”, Ukraynanın Elmi-texniki potensial və elm tarixi tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lidiya Kavunenko  “К вопросу о руководстве научным коллективом”, Meksikanın Saynfeqos Universitetinin professoru Eduardo Culya Lopez Bastida “Science in Latin America: A Vision in Times of COVID-19”, REA  Arxivinin  direktorunun  elmi  işlər  üzrə  müavini,  tarix  üzrə fəlsəfə doktoru Nadejda Osipova “Российско-азербайджанские  научные  связи  в  документах Архива Российской Академии Наук”, REA  S.İ.Vavilov  adına  Təbiətşünaslıq  və Texnika Tarixi İnstitutunun “Elmin və texnikanın tarixşünaslığı və mənbəşünaslığı” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor  Simon İlizarov “Лакуны  в  историографии  истории  науки:  прòклятый  и забытый Х.И. Гарбер”, REA  S.İ.Vavilov  adına  Təbiətşünaslıq  və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının Baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent  Mixail Konaşev “Дневник  Ф.Г.  Добржанского  как  источник  по  истории генетики и эволюционной теории” mövzusunda məruzələrini təqdim ediblər.

Konfransın ETİ-nin “Elm tarixinin nəzəri və metodoloji problemləri” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin moderatorluğu ilə davam edən II hissəsində İnstitutun əməkdaşlarının, eləcə də yerli və xarici elmi qurumları təmsil edən digər qonaq iştirakçıların elmin müxtəlif sahələrinə həsr olunmuş məruzələri dinlənilib.

Qeyd edək ki, Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çin, Meksika, Kuba olmaqla, ümumilikdə 10 ölkədən 100-ə yaxın yerli və xarici alimin qatıldığı  konfransa müvafiq olaraq eyni sayda tezis və məqalələr təqdim edilib. Təqdim edilən bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcəkdir.

Məlumat üçün bildirək ki, Elm Tarixi İnstitutu "Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda I beynəlxalq elmi konfransını 2018-ci ildə keçirib.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35