ETİ-nin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski beynəlxalq konfransda iştirak edib

22.10.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 22-23 oktyabr 2021-ci il tarixində mövzusunda keçirilmiş beynәlxalq elmi-praktik konfransda iştirak edib.

“İkinci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusuna həsr edilmiş konfrans  Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı, Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universitetinin təşkilati dəstəyi ilə Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında baş tutub.

Gənc alim konfransda “İnformasiya müharibəsi fenomeninin araşdırılması elmi obyekt kimi (44 günlük Vətən müharibəsi kontekstində)” mövzusunda məruzə edib.
Sonda iştirakçılara sertifikat təqdim olunub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35