ETİ-nin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski elmi seminarda iştirak edib

27.10.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 26 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix, tarixin tədqiqi və tədrisi kafedrasının təşkilatçılığı ilə “Türk dünyasının milli məfkurə və mübarizə tarixi” mövzusunda keçirdiyi elmi seminarda iştirak edib.

E.Talışınski vahid ideologiya, milli məfkurə haqqında geniş məlumat verərək, türk düșüncəsi və mübarizə tarixinə dair dərslərin hansı formada keçirilməsi ilə bağlı öz tövsiyələrini verib
Seminarda bu istiqamətdə hansı ədəbiyyatlardan istifadə edilməsi və bu prosesdə qarşılaşılması ehtimal olunan məsələlər müzakirə edilib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35