Elm Tarixi İnstitutunun “Sosiologiya, sosial psixologiya, siyasət” elmi jurnalının 3-cü sayı dərc edilib

11.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın təsisçisi və məsul katibi olduğu ‘“Sosiologiya, sosial psixologiya, siyasət” elmi araşdırmalar jurnalının 3-cü sayı nəşr olunub.
Səkkiz istiqamətdə – sosiologiya, sosial iş, psixologiya, sosial psixologiya, pedaqoqika, siyasi elmlər, fəlsəfə, tarix ilə bağlı elmi məqalələr yayımlayan jurnalın redaksiya heyətində yerli və xarici ölkələrdən olan mütəxəssislər yer alıblar.
Qeyd edək ki, jurnal 18 iyun 2020-ci il tarixində  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınaraq, mətbu nəşrlərin reyestrinə daxil edilib. Jurnala məqalələr Azərbaycan, türk, rus, ingilis dillərində qəbul edilir və ekspertlər tərəfindən müsbət rəy aldıqdan sonra dərc olunur. İl ərrzində 4 dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın ilk sayı 2021-ci ilin yanvar ayında dərc edilib. 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35