ETİ-nin şöbə müdiri Elvin Talışınski Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib

22.11.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 19-20 noyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Belarusiya Elmlər Akademiyası, Sankt-Peterburq Dövlət Aerokosmik Universiteti, “Fəlsəfə və informasiya cəmiyyətində humanitar elmlər” jurnalının birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətinin fəlsəfəsi və mədəniyyəti” mövzusunda keçirilən X Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

E.Talışınski konfransda “Cəmiyyətin informasiyalaşması şəraitində elmi kommunikasiyanın inkişafı” adlı məruzə ilə çıxış edib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35